Etibar Muradlı 0

Viki Sərbəst İş

Show your support by signing this petition now
Etibar Muradlı 0 Comments
2 people have signed. Add your voice!
1%
Maxine K. signed just now
Adam B. signed just now

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarova və universitet rəhbərliklərinə müraciət:

Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında əsasnamənin 1-ci* bəndinə söykənərək, universitetlərdəki mövcud sərbəst işlərin yazılma və yoxlanılmasında səmərəliliyin və şəffaflığın artırılması, o cümlədən elmi tədqiqatlara dəstək, Azərbaycan dilində elmi məlumat bazasının artırılması, kəşf ruhunun təşviqi məqsədilə sərbəst işlərin kağız vərəqlərdə yazılı surətdə deyil, Azərbaycan dilli vikipediyada yeni yaradılmış (və ya zənginləşdirilmiş) məqalələrlə tələb olunmasını yazıb sizdən xahiş edirik.

Tətbiq olunacağı təqdirdə layihənin üstünlükləri:

  • Azərbaycan dilli yazılı elmi ədəbiyyatın internet imkanlarından istifadəsinin artırılması
  • Kağız məmulatlarının maklaturaya çevrilməsinin və ya tamam yararsız hala düşməsinin qarşısını almaqla universitetlərin "Ekologiya dostu" siyasəti yürütməsi
  • Azərbaycan dilində olan elmi məqalə çatışmazlığının qismən də olsa, qarşısının alınması
  • Universitetlərin İKT xəttinin inkişafına töhfə verilməsi
  • Tələbələrin informasiya texnologiyalarından istifadə imkanlarının düzgün şəkildə artırılmasına istiqamət verilməsi

Vikipediya məqaləsi və "Sərbəst İş" yazılmasında tələb olunan müddəalar:

  • Yoxlanılması mümkün olan
  • Neytral mövqe
  • Plagiat yazıların qarşının alınması (yəni hər hansı bir tədqiqatı olduğu kimi köçürməmək)
  • Müəlliflik hüquqları

O cümlədən yazılma ardıcıllığı:

  • Məqalənin mövzusunun müəyyənləşdirilməsi
  • Belə bir məqalənin mövcud olub olmadığının yoxlanılması
  • Məqalənin yaradılması
  • Məqalənin məzmununun yazılması
  • Məqalədə istifadə olunan mənbə siyahısının qeyd edilməsi

Viki Sərbəst İşlərin Koordinasiyası:

Həm tələbələrə, həm də elmi tədqiqatlara dəstək verən müəllimlərə, ümumilikdə Azərbaycan elminə yararlı olan bu işin təşkilində yarana biləcək problemlər və onların həlli yolları nələrdir?

  • Tələbələrin və müəllimlərin vikipediyadan istifadə qaydalarını bilməməsi
  • Mövzunun müəyyən olunması
  • Eyni mövzulu məqalənin iki fərqli məkanda, iki fərqli tələbəyə tapşırılması
  • Məqalənin tələbə tərəfindən yazıldığı və ya tərcümə olunduğunun müəyyən edilməsi

Qeyd olunan məsələlərin həlli yolları:

  • Universitetlərdə Tələbə Elmi Təşkilatı və ya Tələbə Gənclər Təşkilatı nəzdində Vikipediya Klubları yaratmaq
  • Yeni tədris ili başlamamışdan öncə Fakültə Elmi Şuraları tərəfindən Azərbaycan dilində yazılması vacib olan, lakin mövcud olmayan məqalələrin (əgər varsa, rus, ingilis və türk dillərində viki mənbə siyahısının, yoxdursa, yazılı ədəbiyyat siyahısının) Vikipediya Klublarına təhvil verilməsini təmin etmək
  • Həmin klub üzvlərinin vikipediya məqaləsi yaradılması, tərcümələrin yerləşdirilməsi haqqında dərsdən kənar saatlarda müəllim və tələbələrə təlim keçməsini təmin etmək
  • Vikipediya Klublarının fərqli universitetlərdəki oxşar fakültələrdə əlaqəli fəaliyyətin təmin edilməsilə eyni mövzulu məqalələrin iki tələbəyə eyni vaxtda tapşırılmasının maksimum qarşısının alınmasına çalışmaq
  • Bir məqalə iki tələbə tərəfindən tərtib olunduqda, ikinci tələbənin “Tarixçə“ bölməsi vasitəsilə məqaləni nə qədər zənginləşdirdiyini təyin etmək.

Yeni yaradılan məqalələrin obyektivliyinin və düzgünlüyünün yoxlanılmasının AMEA Rəyasət Heyətinin 2014-cü il qərarı ilə yaradılan Viki-Mərkəz tərəfindən aparılmasını daha məqsədəuyğun hesab edirik.

____________________________________________________________

* Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı nəzəri biliklərin mənimsəmə səviyyəsini, təfəkkürünün inkişafını, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirmək və qiymətləndirmək üçün nəzərdə tutulur.

Share for Success

Comment

2

Signatures