Müharibə Zamanı  Azərbaycan Diasporası Milli Fəallarının Birlik və Həmrəylik Bəyanatı
Alpay Turkoglu 0

Müharibə Zamanı Azərbaycan Diasporası Milli Fəallarının Birlik və Həmrəylik Bəyanatı

98 people have signed this petition. Add your name now!
Alpay Turkoglu 0 Comments
98 people have signed. Add your voice!
10%
Maxine K. signed just now
Adam B. signed just now

Müharibə Zamanı Güney Azərbaycan Diasporası Milli Fəallarının Birlik və Həmrəylik Bəyanatı

Müharibələr nə qədər haqsızdırsa, özünü müdafiə etmək bir o qədər ədalətli və haqlıdır.
Bu gün millətimiz, müstəbid və faşist hakimiyyətlərlə quldur dövlətlərin yaratdığı bir müharibənin əsirinə çevrilmişdir. Müharibənin gətirdiyi maddi və mənəvi fəlakətlərə əlavə olaraq, Azərbaycana və türk kimliyinə düşmən olan müxtəlif amillər xalqımıza qarşı meydan sulayır.
Bir tərəfdən, bölgədə insanlığa və sülhə qarşı imperialist güclərin oyuncağına çevrilmiş terrorçu qüvvələr yurdumuza göz dikib; digər tərəfdən isə, milli kimliyimizin və varlığımızın düşməni olan Xalq Mücahidləri və monarxistlər kimi etnik bərabərsizliyi dəstəkləyən siyasi qüvvələr səslərini yüksəldirlər.
Bu münasibətlə, biz – Azərbaycan diasporasının milli fəalları olaraq bildiririk:

● Bütün gücümüzlə millətimizin yanında olacağıq. Yurdumuzu təhdid edən bütün qara qüvvələrin qarşısında əlimizdən gələni əsirgəməyəcəyik.
● Biz, məzlum insanların həyatını məhv edən müharibəyə qarşı olmaqla yanaşı, tərcümeyi-halında istibdad, cinayət və diktatorluq olan din, monarxiya və hər hansı müstəsnaçı siyasi qüvvənin meydan tutmasına icazə verməyəcəyik.
● Bütün gücümüzlə yurdumuzun və millətimizin yanındayıq və Batı Azərbaycan bölgəsində torpaqlarımıza göz dikən terrorçuların qarşısında duracağıq.
● Eyni zamanda, hüquqi və beynəlxalq kanallar vasitəsilə xalqımızın haqlı tələblərini daimi və qəti şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaqda qətiyyətliyik.
● Vətənimizin azadlığı və millətimizin səadəti bizim andımızdır.

Bizim, Güney Azərbaycanın siyasi fəalları və milli-mədəni aktivistlərinin ortaq bir istəyi və amalı var:
Güney Azərbaycanda türklərin öz milli iradəsinin hakim olması və öz taleyini özlərinin müəyyən etməsidir!

Yurdumuzun başı üzərindən qara buludlar çəkilsin.
Millətimiz gün üzü görsün!

ساواش اثناسیندا آذربایجان دیاسپوراسی میلّی فعاللارینین بیرلیک و همرایلیک بیانیهسی

ساواشلار نه قدر حاقسیزدیرسا، اؤزوندن مودافعه ائتمک بیر او قَدَر عدالتلی و حاقلیدیر . بو گون میلّتیمیز، موستبد و فاشیست حاکمیّت ایله قولدور دؤولتلرین یاراتدیغی بیر ساواشین اسیری اولوب. ساواشین گتیردیگی مادی-معنوی فلاکتلرین یانی سیرا، آذربایجانا و تورک کیملیگینه دوشمان اولان موختلیف عامیللر خالقیمیزا قارشی میدان اوخوماقدادیرلار.

بیر طرفدن، بؤلگهده اینسانلیغا و صؤلحه قارشی ایمپریالیست گوجلرین اویونجاغی اولان ترورچو قووهلر، یوردوموزا گؤز تیکیب؛ دیگر طرفدن، میلّی کیملیگیمیزین و وارلیغیمیزین دوشمانی اولان خالق مجاهیدلری و سلطنتچیلر کیمی ائتنیک نابرابرلیگی دستکلهین سیاسی قووهلر سسلرینی اوجالدیبلار. بو واسیطه ایله، بیز _ آذربایجان دیاسپوراسی میلّی فعاللاری بیلدیریریک کی:

وار گوجوموزله میلّتیمیزین یانیندا دوراجاغیق. یوردوموزو تهدید ائدن بوتون قارا قووهلرین قارشیسیندا الیمیزدن گلنی اسیرگهمهیهجهییک.

بیز، مظلوم اینسانلارین حیاتینی محو ائدن ساواشا قارشی اولماقلا بیرلیکده، رزومهلرینده ایستبداد، جنایت و دیکتاتورلوق داشییان دین، سلطنت و هر هانسی اینحیصارچی سیاسی قووهنین میداندارلیغینا ایذین وئرمهیهجهییک.

بیز، وار گوجوموزله یوردوموزون و میلّتیمیزین یانینداییق و باتی آذربایجان بؤلگهسینده تورپاقلاریمیزا گؤز تیکن ترورچولارین قارشیسیندا دوراجاغیق.

عینی زاماندا، حقوقی و بینالملل کاناللار واسیطهسییله، خالقیمیزین حاقلی طلبلرینی دایمی و قاطع شکیلده بینالملل ایجتماعیته چاتدیرماقدا قرارلیییق.

وطنیمیزین آزادلیغی و میلّتیمیزین سعادتی آندیمیزدیر.

بیزیم، گونئی آذربایجان سیاسی فعاللاری و میلّی-مدنی آکتیویستلرین، اورتاق بیر ایستهگیمیز و آمالیمیز وار:

گونئی آذربایجاندا تورکلرین اؤز میلّی ایرادهسینین حاکیم اولماسی و اؤز موقدّراتینی اؤزلرینین حلّ ائتمهسی!

یوردوموزون باشیندان قارا بولودلار اکسیک اولسون

میلّتیمیز، گون اوزو گورسون!

Share for Success

Comment

98

Signatures

contribute iPetitions
iPetitions is powered by everyday people — not corporations. With nearly 50 million signatures, we've helped spark change in local communities across the globe. We don't take corporate money. We rely on people like you.
Support iPetitions. Help keep us independent and make real change. Help us stay independent. Every dollar helps.
Processed by Paypal and Stripe.
Enter your details on the next page
iPetitions is powered by everyday people — not corporations. With nearly 50 million signatures, we've helped spark change in local communities across the globe. We don't take corporate money. We rely on people like you.